Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 10:52
Türkiyəli aktyor Tamer Karadağlının gənclik illərində yazdığı sevgi məktubu üzə çıxıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi hərbi xidmətdə olarkən sevgilisi Arzu Balkana eşq məktubu yazıb. Sözügedən məktubu 25 il sonra Tamer sosial media hesabında paylaşıb.
Onun bu paylaşımını bəyənənlər arasında həmin məktubu yazdığı və daha sonra evlənib ayrıldığı keçmiş həyat yoldaşı Arzu Balkan da olub.
Tamer sosial media hesabında paylaşımı ilə bağlı bunları yazıb:
"Bu məktubu 1995-ci il də Qaziantepdə hərbi xidmətdə olarkən yazdım. Həmin vaxt sevgilim Arzu mənə ingilis dilində məktub yazmışdı. Mən də onun bu əziyyətinə qarşılıq Osmanlı dilində məktub yazaraq ona göndərdim. Uzun illərdən sonra təsadüf nəticəsində onu tapdım. Keçmiş həyat yoldaşım Arzunun icazəsi ilə paylaşmaq qərarına gəldim".