Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yayılması üçün real təhlükə yaradan şəxs barəsində cinayət işi başlayıb

Koronavirusun yayılması üçün real təhlükə yaradan şəxs barəsində cinayət işi başlayıb

Tarix: 8 Dekabr 2020 11:33

Bakı. Samir Əli - Trend:

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycanda elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Zərdab rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zərdab rayon sakini 1962-ci il təvəllüdlü Hüseynov Telman Əli oğlunun “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Etiketlər:  Koronavirusun yayılması üçün real təhlükə yaradan şəxs barəsində cinayət işi başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ