Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 15:36
Bakı. Orxan Nəbiyev - Trend:
Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar şəhərin əsas küçə və yollarını bağlamağa başlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, yüzlərlə sakin müxtəlif yollarda nəqliyyatın hərəkətini iflic edib.
Bundan başqa, Yerevan metropolitenində sərnişinlər qatarların hərəkətinə mane olur. Onlar qapıların arasında dayanaraq "Satqın Nikol" kimi şüarlar səsləndirirlər.
Şəhər ərazisində metronun fəaliyyəti demək olar ki, tamamilə dayanıb.