Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noyer ilin qapıçısı seçildi

Noyer ilin qapıçısı seçildi

Tarix: 8 Dekabr 2020 17:44

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən yaxşı qapıçısının adını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Almaniya millisinin və "Bavariya"nın qolkiperi dünyanın ən yaxşısı seçilib. O, karyerasında 5-ci dəfə İFFHS-in bu titulunu almağı bacaran 3-cü qapıçı olub. Bundan əvvəl bu ada 5 dəfə İker Kasilyas (2008, 2009, 2010, 2011, 2012) və Canluici Buffon (2003, 2004, 2006, 2007, 2017) layiq görülüb.

Qeyd edək ki, Noyer ötən mövsüm "Bavariya" ilə bütün ölkə kuboklarını (Bundesliqa, Almaniya Kuboku, Almaniya Superkuboku), eyni zamanda Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

Xatırladaq ki, Noyer bundan əvvəl, 2013, 2014, 2015 və 2016-cı illərdə ən  yaxşı seçilib.

Milli.Az


Etiketlər:  Noyer ilin qapıçısı seçildi


RƏYLƏR