Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb

Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb

Tarix: 8 Dekabr 2020 22:12

Alimlər smartfonlar üçün zədələnmələrdən sonra özü bərpa olunan plyonka hazırlayıblar. Onlar yeni hazırlamada jelatindən istifadə ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, plyonka dəfələrlə bərpa oluna bilər. Çatlar bir neçə dəqiqə ərzində bərpa olur. Nəticədə plyonka öz xüsusiyyətlərini qoruyub saxlayır.

Alimlər iş zamanı jelatin və qlükozanı qarışdırıblar. Laboratoriya sınaqları nəticəsində məlum olub ki, plyonkadakı zədələnmələr otaq temperaturunda bir neçə saat ərzində və ya 60 selsi dərəcə temperaturda 10 dəqiqə ərzində bərpa olur.

Maraqlıdır ki, plyonka çoxsaylı mexaniki zədələnmələr və bərpadan sonra elektrik siqnalını ötürmək qabiliyyətini qoruyub saxlayır. Yeni hazırlamanın müəllifləri hesab edirlər ki, kommersiya istifadəsi vaxtı yenilik qurğuların sensor ekranlarının işləmə müddətini artıracaq.

Milli.Az


Etiketlər:  Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ