Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evdəkilər məni küçəyə çıxmağa qoymurlar'' - Əməkdar artist

''Evdəkilər məni küçəyə çıxmağa qoymurlar'' -  Əməkdar artist

Tarix: 9 Dekabr 2020 13:55

"Evdən küçəyə çıxmıram. Nəvələrim, ailəm evdədir, onlara görə özümü qorumalıyıq".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Elgizlə izlə" proqramında deyib. Müğənni karantin günlərində evdən çıxmadığını söyləyib:

"Özümü qorumalıyam. Efirə gəlirəm, sonra qayıdıb otururam televizorun qabağında. Bazarlığı da evdəkilər edib gətirir. Deyirlər, evdən küçəyə çıxma, otur".

Y.Mustafayev "Nə yeyib-içirsiniz? Maddi imkanınız var" sualına "İnsan gərək hər dövrdə nəyəsə hazır olsun. Bu gün yeyim, sabah nə olur-olsun etmək olmaz" cavabını verib.


Etiketlər:  Evdəkilər məni küçəyə çıxmağa qoymurlar Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ