Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 15:26
Sadəcə demirdi, can atırdı ön cəbhəyə Alik... Heç zaman görmədiyi, amma ruhunu, rayihəsini, çağırışını, fəryadını hiss etdiyi Qarabağa aparırdı onu bütün yollar. Arzuları o qədər çox idi kı...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, amma ən ümdəsi vətəninə faydalı olmaq, işğal altında inləyən yurdun yaralarına öz əlləri ılə məlhəm qoymaq istəyirdi bizim cəsur Alik! Bacardı da! Möhkəm iradəsinə, dəmir intizamına və bədən quruluşuna görə xüsusi təyinatlı qüvvələrin tərkibinə cəlb edildi. Həm də kəşfiyyatçı kimi...
Vətən yolunda şəhid oldu Alik. İndi ailə səbirsizliklə onun döyüş yoldaşlarını və Alikin yer aldığı videogörüntüləri gözləyirlər. 40 qorxmaz azərbaycanlı balasının arasında Alikin hər an tuş gələ biləcəyi ölümü göz altına alaraq, savaşa necə atıldığını, döyüş öncəsi duyğularını, təbəssümünü, arzularını doya-doya seyr etmək üçün. Ən qaynar nöqtələrdən səsi gəlib qəhrəmanımızın. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrutun ışğaldan azad edilməsində həmişə öndə olub. Azərbaycanın göz bəbəyi olan Şuşa uğrunda gedən döyüşlərdə də gizirlərlə birlikdə irəli atılıb. Namərd bir düşmən gülləsi bizim mərd Alikin fiziki ömrünə son qoysa da, xəyallarını yaşadıb. Artıq Qarabağ düşməndən təmizlənib. Şəhadət zirvəsinə yüksələn dağlar oğlunun ruhu şaddır.
Alik uşaqlıqdan qəhrəman olmaq istəyirdi. Oldu da...Vətənini qorumaq, ona sahib çıxmaq istəyirdi. Bacardi bunu! Dağın zirvəsinə çıxaraq, "Qarabağ, Qarabağ" deyə hayqırarkən, o cənnət güşamizə qovuşmaq istəyirdi. Yetişdi arzusuna! Cəmi 19 yaşında elə qürurverici həyat yaşadı kı, yalnız ailəsinin deyil, böyük nəslin, qocaman el-obanın, rayonun fəxarəti oldu. Nə qədər deyil, necə yaşamağın önəmlidir. "Şəhidlər ölməz, Vətən bölünməz" məsəlinə canlı şahid və şəhid olan Alik İsayev kimi!
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: