Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdə dövlət hesabına doktoranturada oxumaq istəyənlər üçün sənəd qəbulu aparılır

Xaricdə dövlət hesabına doktoranturada oxumaq istəyənlər üçün sənəd qəbulu aparılır

Tarix: 9 Dekabr 2020 16:58

Xaricdə dövlət hesabına doktorantura təhsili üçün sənəd qəbulu dekabrın 15-dək davam edəcək.

Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.

Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində doktorantların təhsil, təqaüd, viza, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir.

Qeyd edək ki, ilk sənəd qəbulu 2019-cu ilin noyabr ayında başlamış Dövlət Proqramında artıq 56 tələbə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə namizədlər arasında seçilərək ABŞ, Almaniya, Birləşmiş Krallıq, Belçika kimi ölkələrdə təhsil alıb, tədqiqatlarını aparmaq hüququ qazanıblar. Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər.


Etiketlər:  Xaricdə dövlət hesabına doktoranturada oxumaq istəyənlər üçün sənəd qəbulu aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ