Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 18:04
Almaniyanın "Bavariya" klubu "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə qatmaq istəyir.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Münhen təmsilçisi İspaniya klubunun idarəetmə sistemində yaranan problemlərdən yararlanmaq istəyir.
"Bavariya" hazırda qiyməti 70 milyon avro ilə dəyərləndirilən niderlandlını daha ucuz almağa ümidlidir. Barselonalılarla müqaviləsi 2026-cı ilə başa çatacaq de Yonqun keçidi baş tutsa, bu, "Bavariya"nın yarımmüdafiə xəttini daha da gücləndirməlidir.
Qeyd edək ki, 2019-cu ildə İspaniya klubuna keçən Frenki cari mövsümdə 15 matça çıxıb.