Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 19:14
Cəlilabad rayonunda axund koronavirus infeksiyasından vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, rayonun Alar kənd məscidinin axundu Hacı Fikrət Əzimov koronavirusdan ölüb.
Uzun illər axund kimi fəaliyyət göstərən 55 yaşlı din xadimi insanlar arasında dini maarifləndirmə sahəsində xidmət göstərib.
Qeyd edək ki, Cəlilabad rayonu koronavirusun geniş yayıldığı rayonlardan biridir. Buna görə də rayonda sərtləşdirilmiş karantin rejimi tətbiq edilib və rayona giriş-çıxış dayandırılıb.