Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk iş dünyasından Azərbaycana növbəti dəstək

Türk iş dünyasından Azərbaycana növbəti dəstək

Tarix: 9 Dekabr 2020 20:00

Türk iş dünyasından Azərbaycana dəstək mesajları davam edir.

Türkiyə xalqı və türk iş dünyası olaraq biz bu sonuna qədər Azərbaycan xalqının yanındayıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Beynəlxalq Sərmayə və İş Dünyası Konfederasiyası (ULUSKON) rəhbərinin müavini Hakan Aktürk təmsil etdiyi qurumun adından verdiyi açıqlamada bildirib.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladan H.Aktürk bildirib: "Bu müharibə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda aparılan mübarizə idi. Biz də haqsız yerə torpaqları işğal edilmiş Azərbaycanın yanında olmaqdan tarixboyu qürur duyduq. Tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz bir olan azərbaycanlı qardaşlarımızla gələcəyimiz də, taleyimiz də birdir. Türkiyə də Vətəndir, Azərbaycan da Vətəndir. O Vətən güclü olmazsa bura, bura güclü olmazsa ora da güclü olmaz. Daim yan-yana, daim çiyin-çiyinə olacağıq".

Qeyd edilib ki, bu gün həqiqətə zidd əsaslar irəli sürərək Azərbaycan ərazisində törədilmiş və dünya üçün qara ləkə olaraq qalan Xocalı soyqırımını unudan Fransa Milli Assambleyası tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı qərar qəbul edir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ərazisinin 20 faizini işğal edilməsi ilə davam etdi. Sonralar iki ölkə arasında əldə edilən atəşkəs də kağız üzərində qaldı. Bu müddət ərzində minlərlə insan həlak oldu. Bu qələbə kökümüzün də bir olduğu azərbaycanlı qardaşlarımızın haqqıdır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bölgədə müharibənin olduğunu deyənlər isə əvvəlcə Azərbaycan torpaqlarının necə işğal edildiyini xatırlasınlar. Vətənin bölünməzliyi, bütövlüyü, bayrağın səmalarda dalğalanması uğrunda canından keçən bütün şəhid ailələrinə səbir diləyir, şəhidlərimizi rəhmətlə yad edirik.


Etiketlər:  Türk dünyasından Azərbaycana növbəti dəstək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ