Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu məsələ təcili həll olunmasa ölüm sayı artacaq'' - Həkimdən həyəcan təbili - VİDEO - FOTO

''Bu məsələ təcili həll olunmasa ölüm sayı artacaq'' - Həkimdən həyəcan təbili - VİDEO - FOTO

Tarix: 9 Dekabr 2020 21:34

COVİD-19-la bağlı ölkədəki vəziyyət göz önündədir. Hələ ki, xəstəliklə bağlı heç bir müsbət irəliləyiş yoxdur. Bildiyimiz müəyyən qabaqlayıcı tədbirlərdir ki, bununla yoluxmaqdan bir qədər özümüzü qoruya bilirik. ilk yayıldığı günlərdə necə ki, maska qıtlığı yaşandı, qiymətlər qalxdı kəllə çarxa, indi də xəstəliyin müalicəsində istifadəsi vacib olan bəzi dərmanlar ərşə çəkilib. Apteklərdə nə "Kleksan" tapmaq olur, nə "Paracetamol", nə də ki "Arbidol". Bax bu vacib preparatlar tapılmır. Qiymətlər dəki üç dörd, dəfə bahalaşıb gözünüz aydın.

Sonxeber.net bildirir ki, ARB TV-nin efirində yayımlanan Xəbərlər proqramında məsələ ilə bağlı ətraflı sujet hazırlanıb.

Xəstəliyin çoxaldığı bir vaxtda apteklərimizdə indi də qandurulaşdıran və istilik salan dərmanlar yoxa çıxıb.

Sakin: "Arbidol yoxdur, Kleksan da yoxdur. Hər gün apteklərə baxıram, bilmirəm nə olub. Həyat yoldaşım dializ xəstəsidir, yaşayaya bilmir, olmasa öləcək".

Sakin: "Deyildi ki, Paracetamol qanın durulaşmasına müsbət təsir edir. Ona görə də hamı toplu şəkildə alır, qıtlıq yaranır. Ona görə də indi Paracetamol tapa bilmirəm".

Kəmalə Quliyeva (Aptek müdiri): "Bu həftə Arbidol, Kleksan adlı dərmanların olacağı gözlənilir. Depoda da yoxdur, demək olar ki, 10 gündür yoxdur. Gətirilməsi üçün məlumat veririk, tələbnamə yazırıq, inşallah gələcəyi gözlənilir".

Ruhiyyə Bilalova (Əczaçı): "Kleksan üçün çox müraciət edirlər, amma hal-hazırda bizdə yoxdur. Şəhərə gəlmir ümumiyyətlə.  Gətirilməsi üçün depoya müraciət edirik, depoda da yoxdur. Bir aya yaxındır ki, yoxdur. Deyəsən ölkəyə gətirilmir".

Hətta sujetdə belə məcbur qalıb bir neçə ay əvvəl çəkdiyimiz görüntülərdən istifadə etməli olduq. Çünki görüntüsünü çəkmək istəsək də gəzdiyimiz heç bir aptekdə adıçəkilən dərmanlardan "var" deyən olmadı. Virus əleyhinə istifadə edilən bu dərmanlarla bağlı yaşanan qıtlığı həkimlər özləri də təsdiqləyir. Bu çətinlikdən isə ən çox əziyyət çəkənlər təbii ki, evdə müalicəyə cəlb olunanlardı.

Aytən İsmayılzadə (Həkim): "Çünki bu dərmanlar yoxdur. Apteklərdə, əczaxanalarda bu dərmanları yoxdur, verilməyib. Biz isə evdə ağırlaşıb qalan xəstələrə doğru -düzgün dərman tapıb verə bilmirik. Bu məsələ təcili sürətdə həllini tapmazsa ölüm sayı artacaq".

Dərman qıtlığı ilə yanaşı bahalaşma da müşahidə edilir. Əvvəlki qiymətlərlə indiki arasında fərq kifayət qədər yüksəkdir.

Sakin: "Kleksan adlı dərmanın əvvəl bir qutusu 9 manat 60 qəpik idi, indi 26-27 manatdır. Hətta son vaxtlar 35-40 manata qaldırıblar qiyməti".

Ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətini Tarif Şurası tənzimləyir. Bu o deməkdir ki, pərakəndə və topdansatış qiymətləri artıq müəyyənləşdirilən dərmanlar baha qiymətə satıla bilməz. Əks təqdirdə qanunu pozanlar qanun qarşısında cavab verməlidir. 

Şahin Nağıyev (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri):  "Dövlət qeydiyyatına alınmış və qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiymətlərinin fərqli qiymətə satışına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət vardır. Və həmin məsuliyyətə görə müvafiq hüquqi və fiziki şəxslər müvafiq məsuliyyətə cəlb olunurlar. Burada hüquqi şəxslər 3 min manatdan 5 min manatadək məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, hər bir aptek sahibi təsdiq edilmiş qiymətlərə əməl etməyə borcludurlar".

Şahin Nağıyev deyir ki, xidmət bu sahədə mütəmadi monitorinq aparır. Dərmanların satışında qiymət artımı ilə bağlı quruma daxil olan bütün müraciətlər araşdırılır. Onu da qeyd edək ki, dövlət qeydiyyatına alınan bütün dərmanların rəsmi qiymətləri Tarif Şurasının, İqtisadiyyat Nazirliyinin, eləcə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Aptekə əlinizdə rəsmi qiymətlə də gedə bilərsiz. Təbii ki, dərmanı tapsanız. 


Etiketlər:  məsələ təcili həll olunmasa ölüm sayı artacaq Həkimdən həyəcan təbili VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ