Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi Ronaldunun qarşısında diz çökür - Aveyrodan paylaşım

Messi Ronaldunun qarşısında diz çökür - Aveyrodan paylaşım

Tarix: 10 Dekabr 2020 12:08

"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun bacısı Elma Aveyro "İnstaqram" səhifəsində etdiyi paylaşımla diqqət çəkib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Barselona"ya 3:0 hesabı ilə qalib gəldiyi səfər matçından sonra bu addımı atıb.

E.Aveyro "Barselona" nın kapitanı Lionel Messinin portuqaliyalı hücumçunun qarşısında diz çökdüyü şəkil yayımlayıb. O, şəkillə birgə qardaşı ilə bağlı bu sözləri yazıb:

"Kralım, sən tarixin ən yaxşısısan. Həyatımın qüruru".

Qeyd edək ki, Ronaldu sözügedən matçda iki dəfə penaltidən fərqlənib. "Yuventus" isə bu qələbə sayəsində qrup birincisi olub.


Etiketlər:  Messi Ronaldunun qarşısında çökür Aveyrodan paylaşım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ