Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da yol qəzasında 5 velosipedçi öldü

ABŞ-da yol qəzasında 5 velosipedçi öldü

Tarix: 11 Dekabr 2020 09:20

ABŞ-ın Nevada ştatında sürücünün idarə etdiyi yük avtofurqonunu velosipedçilərin üzərinə sürməsi nəticəsində beş nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ştatın post-patrul xidmətinə istinadən xəbər verib.

Onun məlumatına görə, hadisə Serçlayt şəhərinin 95 №-li trasında qeydə alınıb. Sürücü idarə etdiyi nəqliyyat vasitəsini naməlum səbəbdən iki qrup velosipedçi və onları müşayiət edən minik avtomobilinin üzərinə sürüb. Beş velosipedçi həlak olub, daha dördü xəsarət alıb. Xəsarət alanlardan biri kritik vəziyyətdədir.

Avtofurqonun sürücüsü hadisə yerindən qaçmağa cəhd etməyib və istintaqla əməkdaşlıq edir. Polis günahkarın alkoqol və ya narkotik vasitələrin təsiri altında olmadığını hesab edir. Sürücüyə qarşı rəsmi ittiham hələ irləli sürülməyib.

Milli.Az


Etiketlər:  ABŞ qəzasında velosipedçi öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ