Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 15:24
Bakı. Trend:
“KönüllüSƏN” layihəsi uğurla yekunlaşıb.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçilən “KönüllüSƏN” (4) layihəsi uğurla yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019- cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Cari layihə də Sərəncamdan irəli gələrək ərsəyə gəlmişdir. Layihənin əsas məqsədi könüllülük fəaliyyətinin özündə əks etdirdiyi mahiyyəti, peşəkar könüllülük məşğuliyyətini təbliğ etmək idi. Layihə çərçivəsində hazırlanan “KönüllüSƏN” adlı sənədli film və kitabça ölkədə mövcud könüllülük təcrübəsini, uğurlu gənc könüllü simaları və onların uğur hekayələrini təbliğ etməklə gənclərin könüllü fəaliyyətə cəlb olunmasına xidmət edir. Hazırlanan sənədli film və kitabça internet resurslarında, müxtəlif mənbələrdə yerləşdirilərək, daha çox şəxsin faydalanmasına imkan yaradacaq.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə “KönüllüSƏN ” layihəsi 2015- ci ildə ilk dəfə Gəncə şəhərində, daha sonra 2018 və 2019- cu illərdə Gəncə və Bakı şəhərində həyata keçirilib. “Hər 3 layihə gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasında ciddi rol oynayıb. Cari layihə çərçivəsində hazırlanan kitabça və sənədli film də uzun müddət maarifləndirici rol oynamaqla, gənclərin könüllülüyə cəlb olunmasında təbliğat vasitəsi kimi geniş istifadə olunacaq, gəncləri motivasiya edəcək” deyə sədr bildirib. Cari layihə 25 sentyabr-25 noyabr 2020-ci il tarixlərini əhatə edirdi.
Hazırlanan sənədli film (https://www.youtube.com/watch?v=TfHodG8FEWk&feature=youtu.be) və kitabçanı (https://oygib.az/layihə/KönüllüSƏN.pdf) linkdən əldə edə bilərsiniz.