Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan hökuməti tam tərkibdə istefaya göndərilib

Gürcüstan hökuməti tam tərkibdə istefaya göndərilib

Tarix: 11 Dekabr 2020 16:28

Bakı. Trend:

Gürcüstan hökuməti X çağırış parlamentin ilk iclasında dekabrın 11-də tam tərkibdə istefaya göndərilib.

Trend xəbər verir ki, hökumət üzvləri yeni baş nazir təyin olunana qədər vəzifələrini icra edəcəklər.

Parlament hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir.

Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır.

Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.

Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.

Qeyd edək ki, parlament seçkilərində qalib gəlmiş Gürcü Arzusu Partiyasının hökumət başçısı vəzifəsinə namizədi Giorgi Qaxarianın nizədliyini irəli sürüb.


Etiketlər:  Gürcüstan hökuməti tərkibdə istefaya göndərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ