Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özəl sektorda iş saatları azaldıla bilər - VİDEO

Özəl sektorda iş saatları azaldıla bilər - VİDEO

Tarix: 11 Dekabr 2020 19:14

Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar iş saatının azaldılması və işçilərin mütləq əksəriyyətinin onlayn qaydada işləməsi təklif edilir. Mütəxəssislər fikirləşir ki, bu təklif iş yerlərindəki sıxlığı azaltmağa kömək edəcək və yoluxma sayını azaldacaq.

Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı sujet yayımlanıb.

Yazgül Abdıyeva - Tibb üzrə fəlsəfə doktoru (Səs yazısı): "Bütün iş yerlərində səhər saat 9-dan axşam saat 6-ya kimi, 9 saat deyil, gün ərzində heç olmasa, 5-6 saat işləsinlər. Çünki bu, həm işçilərin işə növbə ilə gəlməsinə imkan yarada, bir otaqda olan və gündəlik olaraq, bir-biri ilə təmasda olmağa məcbur olan işçilərin sayını azalda bilər".

Həkimlərin fikrincə, gün ərzində çox işləmək insanın immunitetini aşağı salır.

Yazgül Abdıyeva - Tibb üzrə fəlsəfə doktoru (Səs yazısı): "Gərgin iş saatında işləyənlər üçün isə stress immuniteti aşağı salan ən birinci amil sayıla bilər. İmmunitetin aşağı düşməsi isə insanları virusa daha tez yoluxdurur".

İş saatının azaldılması həm də şəhərdə yaranan insan və avtomobil sıxlığını aradan qaldıra bilər.

Mais Ağayev - BNA-nın mətbuat katibi:  "Pilləli iş rejimi tətbiq olunarsa axşam və səhər pik saatlarda müşahidə olunan sıxlıq təxminən 15-20 faizədək azalmış olacaq. Bunun özü də çox mühüm bir göstəricidir".

Xatırladaq ki, Operativ Qərargah dövlət qurumlarında çalışan işçilərin sayını 30 faiz azaldıb. Özəl sektorda da eyni qaydanın tətbiqi tövsiyyə edilib.

Təyyar Eyvazov - Baş infeksionist: "Bundan başqa mümkün qədər distant işləmək tövsiyə olunub. Bu tədbirlərin hamısı eyni nəticənin əldə olunması üçündür. Yəni, istənilən halda görülən tədbirlər bu təmasları, sıxlığı azaldır ki, bu da yoluxmanın azaldılmasına gətirib çıxaracaqdır.

Qeyd edək ki, xüsusi hallarda iş rejiminə dəyişiklik edilməsi, iş saatlarının azaldılması praktikası dünyada da mövcuddur.


Etiketlər:  Özəl sektorda saatları azaldıla bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ