Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dişlər niyə saralır?

Dişlər niyə saralır?

Tarix: 12 Dekabr 2020 07:12

Dişlərin sağlam olması həmişə insanların arzuladığı bir şeydir. Sarı rəngli dişlər kariesin və diş xəstəliklərinin xəbərçisi hesab edilir. Gün ərzində qəbul etdiyimiz qidaların tərkibində və ağızmızda olan bakteriyalar dişlərimizin saralmasına və diş daşlarının yığılmasına səbəb olur. Bu cür dişlər estetik görünüşü pozmaqla bərabər insanın özünü də narahat edir.
Dişlərin ağ deyil sarı olması dişə düzgün qulluq etməməyin işarəsidir. Özünün təmizliyinə fikir verən hər bir şəxs dişlərinin ağ-appaq olmasını arzulayır. Dişləri həkimə müraciət edərək ağartmaq mümkündür. Amma bəzi təbii vasitələrlə də dişləri ev şəraitində özünüz ağarda bilərsiniz. Dişlərin rənginin saralması yalnız bakteriyalardan deyil, bəzi qidalardan da ola bilir. Bu qidalardan bir-neçəsi ilə sizi tanış edək.
1. Qırmızı və ya ağ şərab dişlərin saralmasına səbəb olan içkilərdəndir. Ümumiyyətlə tərkibində alkohol olan bütün içkilər dişləri saraldır. Bunun baş verməməsi üçün şərab içdikdən sonra ağzınızı yaxalamalısınız.
2. Çay dişlərin saralmasına səbəb olan amillərdən biri hesab edilir. Bunun olmaması üçün bitki çaylarından və ya yaşıl çaydan istifadə edilərsə, dişlərin saralması prosesi azalar.
3. Kofe də dişləri saraldır .Sadə acı kofe əvəzinə südlü kofedən istifadə etsəniz dişlərinizin saralma təhlükəsi azalar.
4. Balzamik sirkə tərkibli qidalar dişləri saraldan qidalar siyahısına daxildir. Sirkə qatılan salatlar və turşular dişləri saraldır.
5. Sarıkök ədviyyatlar arasında ən çox dişləri saraldan ədava hesab edilir.
6. Pomidor suyu da dişləri saraldır. Bir çox çiyələk növləri, yemişan və böyrütkən dişlərin rənginin dəyişməsinə səbəb olur.
7. Kolanın tərkibində olan qatı turşuluq dişləri saraldır və diş daşlarının əmələ gəlməsinə səbəb olur.
8. Soya sousu ləzzətli və dadlı olmasına baxmayaraq dişlərin rəngini dəyişdirir. Çünki marketlərdə satılan soya souslarının əksəriyyəti süni yolla hazırlanır. Soya sousları  tez bir zamanda dişlərin saralmasına səbəb olur.


Etiketlər:  Dişlər niyə saralır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ