Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qolsuz bərabərlik yaxşı nəticədir'' - ''Partizani''nin prezidenti

''Qolsuz bərabərlik yaxşı nəticədir'' - ''Partizani''nin prezidenti

Tarix: 11 Iyul 2019 10:16

"Gözəl oyun oldu. "Qarabağ" güclü komandadır. Qol imkanlarımız oldu, amma bundan istifadə edə bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədir. Bu nəticə ilə əmsalımızı artırırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Albaniya "Partizani"sinin prezidenti Qazmend Demi Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la qolsuz bərabərliyə qaldıqları ilk oyunu şərh edərkən deyib.

Albaniya mətbuatına danışan klub rəhbəri açıq oyununun getdiyini bildirib: "Xüsusi bir şey olmadı. "Ferensvaroş"la matçı xatırlayırsınız? Onlar burda qol vurmuşdular, biz isə səfərdə. Baş məşqçi? Onun haqda danışmaq hələ tezdir. Amma yaxşı idi".

 


Etiketlər:  Qolsuz bərabərlik yaxşı nəticədir Partizaninin prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ