Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 16:54
Avstriya polisi, Almaniyada ekstremist qruplar üçün nəzərdə tutulmuş çox sayda avtomat silah, partlayıcı maddə və əl qumbarası ələ keçirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Karl Nehammer mətbuat konfransında bildirib.
"Avstriyadakı sağçı ekstremist qrupa, mütəşəkkil cinayətkarlığa və onların əlaqələrinə ağır zərbə vurduq", - nazir belə deyib.
Onun sözlərinə görə, bir sıra evlərdə axtarışlar aparılıb və beş nəfər həbs olunub. Nehammer bildirib ki, zərərsizləşdirilən qrup hücum məqsədilə silah toplayırmış.
Cinayət şəbəkəsi Almaniyada fəaliyyət göstərib, istintaqa Bavariya və Vestfaliyadan olan istintaqçılar da cəlb olunub.