Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 12:36
Bakı. Samir Əli - Trend:
Şəhid general-mayor Polad Həşimovun ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, cənab Prezidentin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən 3 nəfər - general - mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və İbad Hüseynova Prezidentin fərdi təqaüdü təyin olunub:
"Onlardan iki nəfərə - Polad Həşimov və İlqar Mirzəyevə ölümündən sonra bu ad verilib. Həmin şəxslərə və hazırda sağ olan İbad Hüseynova təqaüd təyin olunub".