Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 18:50
"İçimizdə, çiynimizdə illərdir böyük dərd, ürəyimizdə yara daşımışıq . Yaxınlarımızı, doğmalarımızı itirdik. Mənim doğma əmim oğlu şəhid oldu".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu szöləri Xalq artisti Nazpəri Dostəliyeva "Onların səsi" proqramında deyib. Müğənni bildirib ki, onun da yaxınları arasında Vətən müharibəsində şəhid olanlar olub:
"İndi şəhidlər cənnətdədir. Onların valideynlərinin qarşısında baş əyirəm ki, sinəsini güllə qarşısına verən oğul yetişdiriblər. Çox sözlər eşitdim. Xoşbəxtəm ki, yurdumun belə oğulları var. Onlar əsl Azərbaycan kişisi necə olur sübut etdilər".