Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-dən infeksiya riskinin artması barədə XƏBƏRDARLIQ

ÜST-dən infeksiya riskinin artması barədə XƏBƏRDARLIQ

Tarix: 14 Dekabr 2020 22:34

Dünyada təxminən 1,8 milyard insan xəstəxanalarda su təchizatı problemlərinə görə COVID-19 və başqa infeksiyalara yüksək yoluxma riskinə meyillidir.

Sonxeber.net bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilən xəbərdə deyilir.

ÜST-ün məlumatına görə, dünyada hər dördüncü tibbi müəssisə su təchizatına malik deyil və hər üç müəssisədən birində əllərin lazımlı gigiyenası üçün vasitə yoxdur.

"Su, sanitariya, gigiyena səhiyyə işçilərinin və pasiyentlərin təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir, ancaq bu xidmətlərə həmişə üstünlük verilməyib", - xəbərdə deyilir.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə, səhiyyə müəssisələrində zəruri gigiyenanın yoxluğu şəraitində tibb personalının işi qoruyucu vasitələrsiz fəaliyyətə bərabərdir. O, vurğulayıb ki, su təminatı, sanitariya və gigiyena koronavirusla mübarizədə əsas rol oynayır. /medicina.az


Etiketlər:  ÜST dən infeksiya riskinin artması barədə XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ