Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hemodinamik arterial hipertenziyalar

Hemodinamik arterial hipertenziyalar

Tarix: 15 Dekabr 2020 07:03

Aortanın koartasiyası.
Arterial hipertenziyanın əmələ gəlmə səbəblərinə daxildir:
- aortanın stenozu şəklində mexaniki maneələr
- renin-anqiotenzin sisteminin aktivliyinin yüksəlməsi
- simpatik tonusun artımına doğru reseptorların dəyişiklikləri.
Xəstəlik uşaq və yeniyetmə yaşından müşahidə edilən davamlı, krizlərsiz və mülayim arterial təzyiqin olması ilə xarakterizə edilir. Bu zaman xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir:
- zəiflik
- aşağı ətraflarda yorğunluq
- perikardial sahədə sistolik küy
- kürəklərarası nahiyyədə intensiv olmayan sistolik küy.
Diaqnozu təsdiq etməyə rentgenokontrast aortoqrafiya və kompyuter exoqrafiya imkan verir. Xəstəliyin müalicəsi cərrahi yolladır.
Sistolik arterial təzyiq adətən 55 yaşdan sonra yuxarı qalxır. 60 yaşdan yuxarı isə kəskin şəkildə özünü biruzə verir. Bu yaşda diastolik təzyiq sabit səviyyəyə çatır.
Hipertrioz.
Hipertrioz zamanı arterial təzyiq hiperkinetik sindromla və dövr edən qanın həcminin yüksəlməsi ilə bağlıdır. Orqanizmin toxumalarında artmış təlabatın ödənilməsi üçün zəruri olan oksigenin çoxalması məqsədilə periferik arteriolalar genişlənir və mayenin həcmi aşağı düşür.
Arteriolaların dilatasiyası dəri damarlarında daha aydın əks olunur ki, bu da yüksək dərəcəli istilik hissiyyatı şəraitində istilikvermənin artmasını təmin edir. Bu sklet əzələlərində müşahidə olunur. Qıcıqlanma, yuxusuzluq, iştaha saxlanılmaqla arıqlama, əllərin tremoru, ekzoftalm və digər simptomlar, qalxanvari vəzin diffuz və ya ocaqlı hiperplaziyası, taxikardiya xəstəliyin əmələ gəlməsində qeyri-mütləq sayılan əlamətlərdir. Bu xəstəlik zamanı arterial təzyiq sistolik olaraq qalxır. Müalicə cərrahidir.
Hipotrioz.
Yüksək diastolik təzyiq hipotriozun əlamətlərindən biridir. Ürək-damar sistemi tərəfindən mövcud olan digər əlamətlərlə yanaşı, ürək vurğusunun aşağı düşməsi xəstəliyin xarakterik xüsusiyyətlərindən hesab edilir. Xəstəliyin müalicəsi dərman vasitəsləri ilə aparılır.


Etiketlər:  Hemodinamik arterial hipertenziyalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ