Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“SpaceX” şirkətinə peyk internetinin inkişafı üçün dövlət subsidiyası ayrılıb

“SpaceX” şirkətinə peyk internetinin inkişafı üçün dövlət subsidiyası ayrılıb

Tarix: 15 Dekabr 2020 08:04

Milyarder İlon Maska məxsus "SpaceX" aerokosmik şirkətinə ABŞ-ın kənd yerlərinin genişzolaqlı internet çıxışı ilə təmini üçün dövlət tərəfindən 885,5 milyon dollar məbləğində maliyyə dəstəyi göstəriləcək. "Starlink" qlobal peyk internet layihəsinin inkişafı üçün subsidiyaların ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən ayrılması nəzərdə tutulur.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, vəsaitlərin 180 şirkət arasında bölüşdürülməsi ilə bağlı qərar komissiya tərəfindən keçirilən hərracın birinci mərhələsinin nəticələri üzrə qəbul edilib. Hərracın ümumi məbləği 9,2 milyard dollar təşkil edib. "SpaceX" şirkətindən daha çox vəsaiti "Charter" (1,22 milyard dollar), "LTD Broadband" (1,32 milyard dollar) və "Rural Electric Cooperate Consortium" (1,1 milyard dollar) cəlb edib.
 
Məlumata görə, hərracın qalibləri üçün növbəti on il ərzində "FСС" fondu tərəfindən investisiyalar ayrılacaq. Onlar kənd yerlərində hazırda internetə qoşulmayan ABŞ-ın 5,2 milyondan çox ev təsərrüfatı və müəssisəsini yüksəksürətli internetlə təmin edəcəklər. Daxil olan sürət 100 Mbit/saniyə, çıxan 20 Mbit/saniyə olmalıdır.
 
"SpaceX" şirkəti komissiyanın vəsaitlərindən istifadə üçün bir sıra şərtləri yerinə yetirəcək. Məsələn, İlon Maskın şirkəti qiymətləri yerüstü genişzolaqlı qoşulma ilə uyğunluq təşkil edən peyk internet xidmətləri göstərə biləcəyini sübut etməlidir.
 
Qeyd edək ki, "Starlink" Yer kürəsini yüksəksürətli və giqabitlik internet ilə əhatə etməyə, eləcə də planetin ən ucqar guşələrini internetə çıxışla təmin etməyə imkan verən mikropeyklər sisteminin yaradılması və istismarı üzrə "SpaceX" layihəsidir.

Milli.Az


Etiketlər:  SpaceX şirkətinə peyk internetinin inkişafı üçün dövlət subsidiyası ayrılıb


RƏYLƏR