Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Google'' əməkdaşları 2021-ci ilin sentyabrına qədər evdən işləyəcəklər

''Google'' əməkdaşları 2021-ci ilin sentyabrına qədər evdən işləyəcəklər

Tarix: 15 Dekabr 2020 09:44

Bakı. Trend:

"Google" rəhbərliyi koronavirusun yayılması ilə əlaqədar əməkdaşlarının evlərdən işləməsini 2021-ci ilin iyul ayından sentyabr ayına qədər təxirə salıb.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəhbəri Sundar Piçai tərəfindən elektron poçtla yayılan qeyddə deyilir.

Məlumata görə, şirkət həftənin ən az üç günü ofisdə işləməyi nəzərdə tutan "çevik iş həftəsi"ni sınamaq niyyətindədir.

İyul ayında "The Wall Street Journal" nəşri mənbələrə istinad edərək, "Google" işçilərinin koronavirus pandemiyası səbəbindən 2021-ci ilin iyul ayına qədər məsafədən işləməyə davam edəcəyini bildirmişdi.


Etiketlər:  Google əməkdaşları 2021 ilin sentyabrına qədər evdən işləyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ