Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 12:18
Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də kapitan Rəşad Abdullayev olub. O, üç bacının bir qardaşı idi.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Rəşad Abdullayev 1988 -ci ildə Cəlilabadın Göytəpə şəhərində anadan olub.
Atası Arif Abdullayev deyir ki, Rəşadın hərbə marağı babasından keçib. Uşaq vaxtı babasının 2-cı dünya müharibəsindən qalma orden və medallarını sinəsinə taxaraq qürurla gəzib. Elə bu minvalla atasına hərbi liseyə daxil olmaq istədiyini bildirib.
O, 2003-cü ildə Cəmşid Naxçıvanki adına Hərbi Liseyə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2011-ci ildə könüllü olaraq döyüş bölgəsinə xidmətə gedən Rəşad 2012-ci ildə yüksək bacarıqlarına görə xüsusi təyinatlıların sırasına qəbul edilib. Vətən müharibəsi başlayandan savaşa qatılıb.
Həyat yoldaşı Gülnar Abdullayeva deyir ki, sonuncu dəfə onunla sentyabrın 25-də danışıblar. 28-də ağır yaralanan Rəşad Abdullayev sentyabr ayının 30-da şəhid olub.
Qeyd edək ki, kapitan Rəşad Abdullayev ölümündən sonra ''Vətən Müharibəsi Qəhramanı"adı ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: