Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iOS 14.2 istifadəçiləri öz cihazlarındakı enerjinin sürətlə bitməsindən şikayətlənirlər

iOS 14.2 istifadəçiləri öz cihazlarındakı enerjinin sürətlə bitməsindən şikayətlənirlər

Tarix: 15 Dekabr 2020 22:56

Yeni iOS 14.2 əməliyyat sisteminin istifadəyə verilməsindən sonra Apple cihazlarının istifadəçiləri öz smartfonları ilə planşetlərində ortaya çıxmış problemlərdən şikayətlənməyə başlayıblar. Belə ki, istifadəçilərin verdikləri məlumata əsasən yeni iOS 14.2-nin istifadəyə verilməsindən sonra onların cihazlarında enerji sərfiyyatı daha sürətlə baş verir. Bu barədə 4pda saytı xəbər verib. iOS 14.2-ni öz iPhone və iPad modellərinə yükləmiş istifadəçilər bir neçə gündən sonra aşkar ediblər ki, cihazların enerjiləri daha tez bitir.

iOS 14.1-də isə belə hal müşahidə olunmurdu. Ayrı-ayrı hallarda iOS 14.2-yə sahib cihazlarda enerji səviyyəsi 30 dəqiqə ərzində 100%-dən 50%-ə düşüb. İstifadəçilərin şikayətlərinə əsasən demək olar ki, bu problem iPhone 11, iPhone XR, iPhone 7 və iPhone SE (2020) modellərini əhatə edir. Lakin bəzi hallarda yeni iPhone 12 modellərinin istifadəçiləri də bu problemdən şikayətçidirlər. Eyni vəziyyət həmçinin iPad Pro (2018) modellərində də müşahidə edilir. Apple rəsmi olaraq bu vəziyyətə bir şərh bildirməyib.

Milli.Az


Etiketlər:  iOS 142 istifadəçiləri öz cihazlarındakı enerjinin sürətlə bitməsindən şikayətlənirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ