Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 15:28
"Arsenal"ın kapitanı Loren Koselni klubu ilə ABŞ-a təlim-məşq toplanışına getməkdən imtina edib.
Qol.az-ın xəbərinə görə, bu barədə London təmsilçisinin saytı məlumat yayıb: "Lorenin qaydalarımıza zidd olan hərəkətinə görə məyusuq. Bu problemi həll edəcəyimizə ümid edirik".
Britaniya mətbuatı Koselninin klubdan ayrılmaq istədiyi üçün bu addımı atdığını yazıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 17 matçda 3 qol vurub.