Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 11:54
Erməni KİV-lərində itkin düşən əsgərlərin valideynlərinin general Mikael Arzumanyanı döyməsi xəbəri yayılıb.
Sonxeber.net xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Valideynlər itkin düşmüş erməni əsgərlərinin axtarışı ilə bağlı yalançı cavabları eşidəndə qəzəblərinə hakim ola bilməyiblər.
Xatırladaq ki, Ermənistanda əsgər valideynlərinə övladlarının vəziyyəti və yeri barədə heç bir məlumat verilmir.
Aslan Məmmədov