Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı

Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı

Tarix: 25 Aprel 2019 14:20

Bakı. Samir Əli - Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.

Bu barədə Trend-ə açıqlamasında komitə sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, komissiya bununla bağlı araşdırmalar aparır: "Gələcəkdə bununla bağlı atacağımız addımlar müəyyən olunub. Yaxın günlərdə Nazirlər Kabinetinə müraciət edəcəyik ki, bununla bağlı dövlət vəsaiti ayrılsın. Vəsait ayrılandan sonra Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdığı bütün yataqxanaların elektrik naqilləri yenilənəcək, köhnə və qarışıq çəkilən xətlər təmizlənəcək. Təxminən 1 və ya 2 həftə ərzində prosesə başlanacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı


RƏYLƏR