Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 13:54
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Bromviç"lə oyunda hakimlərə çılğın şəkildə etiraz edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşün əsas vaxtına 4 dəqiqə əlavə edilməsi ispaniyalı mütəxəssisi razı salmayıb.
O, 4-cü hakim Entoni Taylora yaxınlaşaraq uzatma dəqiqəsinin az olduğunu bildirib.
Oyundan sonra Qvardiola bununla bağlı deyib: "Hakimə bildirdim ki, bəlkə, 4 dəqiqə azdır. Demək olar ki, 3 dəqiqə oyun ləngiyib, 4 dəqiqə kifayət deyil. Ancaq qərar verən odur".