Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 18:28
Dünya Bankı gələn il neftin bir barelinin orta qiymətinin təxminən 44 ABŞ dolları olacağını proqnozlaşdırır ki, bu da 2020-ci il üçün edilən proqnozdan 3 dollar çoxdur.
Sonxeber.net "APA-Economics"ə istinadən bildirir ki, 2020-ci ildə neftin orta qiyməti 41 dollar səviyyəsində olacağı proqnozlaşdırılıb.
Proqnoza əsasən, 2022-ci ildə də neftə bahalaşması davam edəcək və qiymət 50 dollara çatacaq.
Hesabatda qiymət proqnozları üçün əsas riskin koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyənliyin olduğu göstərilir.