Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 19:10
ABŞ-ın Baş prokuroru və əvəzçilik üzrə Ədliyyə Departamentinin rəhbəri Uilyam Barr dekabrın 23-də öz vəzifələrindən istefa verəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Seçkiçilər Kollegiyası dövlət başçısı, Respublikaçılar Partiyasının təmsilçisi Donald Trampın prezident postu uğrunda mübarizədə demokrat Cozef Baydenə məğlub olmasını təsdiqləyəndən dərhal sonra Barr vəzifədən getməsi barədə elan edib.
Bundan əvvəl Barr noyabrın 3-də keçirilən ümumxalq seçkilərində kütləvi saxtalaşdırmalar baş verməsi barədə Trampın iddialarını dəstəkləməyib.
Aralarında olan fikir ayrılıqlarına baxmayaraq, Donald Tramp özünün "Twitter" səhifəsində yazıb ki, onun "Baş prokuror Bill Barrla Ağ evdə çox səmimi görüşü oldu". Tramp əlavə edib ki, "Barr əla fəaliyyət göstərib".
Tramp bəyan edib ki, Baş prokurorun səlahiyyətlərini hazırda Barrın birinci müavini olan Cozeff Rozen icra edəcək. Riçard Donohyu, öz növbəsində, ABŞ-ın Ədliyyə departamenti rəhbərinin müavini səlahiyyətlərini öz üzərinə götürəcək.