Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 14:12
Bakı. İlhamə İsabalayeva - Trend:
ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertləri tərəfindən Azərbaycandakı Milli qızılca/məxmərək laboratoriyasında yoxlama həyata keçirilib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, yoxlama qurumun illik akkreditasiya prosesi çərçivəsində baş tutub.
Nəticələrə əsasən, laboratoriya 2021-ci il üçün ÜST-nin Milli qızılca/məxmərək laboratoriyası kimi tam akkreditasiyadan keçib.