Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 18:46
ABŞ-da vaksin olunan tibb işçisinin səhhətində problemlər yaşanıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, hadisə Alyaska ştatında baş verib. Vaksin olunan tibb işçisinin bir neçə saat sonra qəfil halı pisləşib. O, xəstəxanaya yerləşdirilib. Tibb işçisinin "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsalı olan vaksindən istifadə etdiyi bildirilir. Hazırda xəstə müşahidə altındadır və həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, bu, sözügedən vaksinlərin istifadəsindən sonra yaranan ilk belə hal deyil. Bir müddət əvvəl Böyük Britaniyada da eyni vaksindən istifadə edən şəxsin halı pisləşmişdi. Həmin vaksinlərin allergik təsirləri olduğu deyilir.