Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyada bir həftə ərzində 130 mindən çox insana peyvənd vurulub

Böyük Britaniyada bir həftə ərzində 130 mindən çox insana peyvənd vurulub

Tarix: 18 Dekabr 2020 02:32

Böyük Britaniyada bir həftə ərzində 130 mindən çox insana peyvənd vurulub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, peyvəndin tətbiq olunmasına məsul şəxs Nadim Zahavi öz "Tvitter" hesabında dekabrın 8-dən 15-nə kimi 137 min 897 nəfərə Pfizer / BioNTech peyvəndinin vurulduğunu qeyd edib. O, bunun yaxşı başlanğıc olduğunu söyləyib.

Bu həftə daha 10 xəstəxana bu proqrama qoşulacaq.

Qeyd edək ki, dekabrın 8-dən etibarən Böyük Britaniyada Pfizer / BioNTech şirkətlərinin hazırladığı koronavirus peyvəndi 70-dən çox xəstəxanada tətbiq olunmağa başlayıb. Şimali İrlandiyanın Enniskilen şəhərində yaşayan 90 yaşlı Margaret Kinan adlı qadın, peyvəndin tətbiq olunduğu ilk insan olub.


Etiketlər:  Böyük Britaniyada həftə ərzində mindən çox insana peyvənd vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ