Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 11:50
Vətən müharibəsində döyüş yoldaşları ilə birlikdə çiyin-çiyinə vuruşan, yaralıları döyüş meydanından çıxararkən şəhid olan 44 günlük zəfərin yeganə xanım şəhidi Arəstə Baxışova cəmi 31 il ömür yaşadı. Və özündən sonra şərəfli bir ad qoyub getdi.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ingilis dili müəlliməsi olan Arəstə Baxışova öz sənətindən imtina edib, kurslara yazılıb. Çox keçmədən hərbi tibb işçisi kimi hospitalda işə başlayıb.
Kollektiv tərəfindən də sevilən Arəstə müharibə başlayanda bir an belə düşünmədən ailəsindən gizli cəbhəyə yollanıb.
Onun 9 yaşlı qızı Zəhra 4-cü sinifdə oxuyur. O, bu 9 illik ömrünə bir də qəhrəman anasının arzusunu sığdırıb.
Oğlu Mərdan isə 6-cı sinifdə oxuyur, 11 yaşı var.
Nənəsi deyir ki, Arəstənin əşyaları gələndə Mərdan onları bağrına basdı, qoxladı "anamın ətri gəlir" dedi. Həmin gündən anasının papağı onun başındadır.
Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Arəstə Baxışova "Vətən uğrunda" medalı ilə təltif olunub. İndi Vətən müharibəsinin yeganə şəhid xanımı Arəstə Baxışova yaddaşlarda həm də böyük qələbənin qalibi kimi xatırlanacaq. Allah rəhmət eləsin!
Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: