Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elnur topun arxasında əsl qəhrəmanlıq, igidlik nümunəsi olub - FOTO

Elnur topun arxasında əsl qəhrəmanlıq, igidlik nümunəsi olub -  FOTO

Tarix: 18 Dekabr 2020 12:26

Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən Uğrunda" medalı ilə təltif olunanlar arasında ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda Vətən müharibəsində iştirak etmiş və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid Allahverdizadə Elnur Əli oğlu da var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elnur 1995-ci ildə Sumqayıtda anadan olub. 2012-2016-cı illərdə Slavyan Universitetində tərcümə fakültəsində Çexiya-Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Səs rejissoru kimi çalışıb. "Barama" və "Atılmışlar" serialları, "Son iclas" sənədli filmi, saysız-hesabsız reklamların səs rejissoru olub. "Bozbash pictures"lə birgə çalışıb. "Picmus production"un əməkdaşı olub.

Qəhrəmanımız 2016-2017-ci illərdə hərbi xidmət keçib.

Sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsindən müharibəyə yollanıb.

"Elnur ixtisasla topçu idi. Ağcabədinin Qiyaməddinli kəndində döyüşüb. Noyabrın 7-si həmin yerdə şəhid olub", - deyə qardaşı Səbuhi deyib.

Şəhidin qardaşı qeyd edib ki, ailə ilə əlaqə saxlayan döyüş yoldaşları Elnurun qorxmazlığından danışmaqdan yorulmurlar. Onlar qardaşımın topun arxasında olanda əsl qəhrəmanlıq, igidlik nümunəsi göstərdiyini dönə-dönə vurğulayırlar. Düşməndən zərrə qədər də olsa, qorxusu yox idi. Bütün döyüş yoldaşlarına ürək-dirək verərdi. Möhkəm olmağa çağırırdı.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Elnur topun arxasında əsl qəhrəmanlıq igidlik nümunəsi olub FOTO


RƏYLƏR