Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Rusiya FTX rəhbərinə Ermənistana gəlməsi üçün yalvarırdı - ŞOK FAKTLAR

Paşinyan Rusiya FTX rəhbərinə Ermənistana gəlməsi üçün yalvarırdı - ŞOK FAKTLAR

Tarix: 18 Dekabr 2020 13:24

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bu gün səhər saat 08:30-da Ermənistana gəldi.

Sonxeber.net bu haqda erməni mətbuatına istinadən xəbər verir. 

Bortnikovun Ermənistanda cəmi bir saat olacağı və Baş nazir Nikol Paşinyanla görüşəcəyi qeyd olunur.

Eyni zamanda, bu səfərin Ermənistanın baş nazirinin istəyi ilə sərhədlərin müəyyənləşdirilməsi işləri ilə əlaqədar ediləcəyi vurğulanır. Sadəcə olaraq, Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlar aparmaq və öz ölkələrinin maraqlarını qorumaq iqtidarında deyil, Bortnikov ermənilərin yerinə danışıqlar aparmaq üçün gəlir. Əsas mövzu isə Syunik sərhədləridir.

"Bu, Ermənistanın müstəqilliyini sürətlə itirdiyini və Ermənistandakı hökuməti Rusiya hakimiyyəti tərəfindən həyata keçirildiyinin bir daha sübutudur. Təbii ki, ruslar ilk növbədə maraqlarını müdafiə edəcək və Azərbaycanı mümkün qədər incitməməyə çalışacaqlar", - deyə erməni mətbuatı qəzəbləndi.

Aslan Məmmədov


Etiketlər:  Paşinyan Rusiya rəhbərinə Ermənistana gəlməsi üçün yalvarırdı ŞOK FAKTLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ