Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 14:16
Ermənistan ötən əsrin hərbi təcrübəsinə güvənərək Dağlıq Qarabağda yeni bir münaqişəyə qarışdı. Azərbaycan düşməni müasir texnoloji texnika ilə və hərbçilərin hazırlığı ilə əzdi.
Sonxeber.net bildirir ki, bunu Rusiyanın məşhur hərbi eksperti Pavel Felgenhauer deyib.
Ekspert Ermənistan kanallarından birinin efirində İrəvanın Qarabağdakı son müharibə zamanı niyə bu qədər hərbi texnika itkisinə yol verdiyini açıqlayıb.
"Erməni generalları və siyasətçiləri nə texniki, nə də intellektual olaraq müasir müharibəyə hazır deyildilər Tez-tez olduğu kimi, əgər bir müharibədə qalib gəlsəniz, fikirləşirsiz ki, bundan sonra hər şey təxminən eyni olacaq", - Felgenhauer deyib.
Ekspertin fikrincə, döyüşlər başlamazdan əvvəl, Azərbaycan hərbçilərinin daha yaxşı hazırlaşdığı, o cümlədən bəzən fərqli olan texniki avadanlıqlarının olduğu aydın idi.
"Əsgərlər (erməni - red.) görürlər ki, silahları effektiv deyil, düşmən onları vurur, onlar isə onu vura bilmirlər və nəticədə əsgərlər texnikanı atırdılar", - Felgenhauer qeyd edib.
Erməni generalları da, Felgenhauerin dediyinə görə, hansı müharibədə iştirak etdiklərini anlamadılar.
Aslan Məmmədov