Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikalılar Premyer Liqada klub alır

Amerikalılar Premyer Liqada klub alır

Tarix: 18 Dekabr 2020 19:06

İngiltərənin "Bernli" klubu sahibini dəyişə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Premyer Liqa təmsilçisi ABŞ-dan olan investorların maraq dairəsinə düşüb.

"ALK Capital" şirkəti İngiltərə klubunu 200 milyon funt sterlinqə almağı planlaşdırır. Sabiq bankir Alan Peysin rəhbərlik etdiyi şirkət "Bernli"nin alınması ilə bağlı danışıqlara başlayıb.

Mayk Qerlikin başçılıq etdiyi Premyer Liqa təmsilçisinin rəhbərliyi də bunun əleyhinə deyil. Onlar Premyer Liqanın razılığını almaq üçün işə başlayıb.

Şimali amerikalılar alqı-satqını qısa zamanda həll etmək arzusundadır. Çünki onlar qış transfer dövründə heyəti gücləndirməyi də lazım bilir.

Qeyd edək ki, Peys ötən il idman funksioneri Deyv Çekettslə birlikdə "Şeffild Yunayted"i almaq istəsə də, cəhdi uğursuz alınmışdı.

Milli.Az


Etiketlər:  Amerikalılar Premyer Liqada klub alır


RƏYLƏR