Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məxfi qovluq açıldı: Ruzvelt SSRİ-ni belə bitirmək istəyirdi

Məxfi qovluq açıldı: Ruzvelt SSRİ-ni belə bitirmək istəyirdi

Tarix: 19 Dekabr 2020 16:12

ABŞ Prezidenti Franklin Ruzvelt 1942-ci ildə Avropada döyüş əməliyyatlarının dayandırılması və sülh sazişinin imzalanmasından sonra SSRİ və İngiltərəni geosiyasi xəritədən çıxarmağı, Amerikanın təkbaşına hökmranlığını təmin etməyi planlaşdırırdı.

Sonxeber.net Teleqtraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məxiflikdən çıxardığı arxiv materiallarında bildirilib.

Yayımlanan sənədlər arasında 9 dekabr 1942-ci il tarixində sovetin xarici kəşfiyyatının zabiti Vasili Zarubin tərəfindən Nyu-Yorkdan Moskvaya göndərilən bir şifrəli teleqram da var.

Məxfi qriflə göndərilmiş kəşfiyyat sənədinə görə, Ruzveltin müharibədə ABŞ-ın qələbə qazanması və müharibədən sonra ABŞ-ın dominant rolunu təmin etmək üçün geniş planları olub: "Bir il və ya ilyarıma atəşkəs əldə etməyi planlaşdırır. Bu dövr SSRİ və İngiltərənin davranışları üçün bir sınaq dövrü olmalıdır".

Zarubin qeyd edir ki, Ruzvelt Amerikanın hər iki ölkənin siyasətini idarə edə biləcəyinə inanır: "Ruzvelt inanır ki, Amerika İngiltərənin öhdəsindən gələ bilər və Çörçill onun qərarlarına itaət edir".

Zarubin hesab edir ki, ABŞ İngiltərəni Cənubi Amerikadan tamamilə çıxaracaq gücdədir: "Ruzveltin SSRİ-ni zərərsizləşdirmək və iflic etmək planı ittifaqın iqtisadi olaraq bitirilməsinə və ya Amerikanın iqtisadi yardımından asılılığa hesablanır. Ruzvelt bu maraqları çərçivəsində ingilisləri ruslara qarşı çevirir".


Etiketlər:  Məxfi qovluq açıldı Ruzvelt SSRİ belə bitirmək istəyirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ