Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar edilib

“Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar edilib

Tarix: 19 Dekabr 2020 22:52

Kibertəhlükəsizlik üzrə mütəxəssislər "Android" platformasının idarəetməsi altında işləyən milyonlarla qurğuya zərər verə bilən boşluq aşkar ediblər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər bu boşluğu yüksək təhlükə səviyyəsinə malik kimi qeyd ediblər. Boşluq "Qualcomm Adreno" qrafik prosessorunun drayverində aşkar edilib.

Mütəxəssislərin sözlərinə görə, təcrübədə bu boşluq vasitəsilə qurğuya hücum etmək olduqca çətindir. "Qualcomm" şirkəti artıq bu məsələyə reaksiya verib və gələn ilin yanvarında geniş istifadəçi qrupuna əlçatan olacaq təhlükəsizlik paketi çıxaracaq. Ancaq bəzi mütəxəssislər bunun yetərli olmayacağını və qurğulara hücum riskinin saxlanılacağını iddia edirlər.


Etiketlər:  Android sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ