Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi Pelenin rekordunu təkrarlayıb

Messi Pelenin rekordunu təkrarlayıb

Tarix: 19 Dekabr 2020 22:56

Bakı. Trend:

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi İspaniya çempionatında “Valensiya”ya qarşı keçirilən oyunun ilk hissəsində fərqlənib.

Trend-in məlumatına görə, L.Messi ilk hissənin sonunda fərqlənib. Bundan bir neçə saniyə qabaq argentinalı hücumçu penaltını yerinə yetirə bilməyib.

33 yaşlı argentinalı üçün bu top Kataloniya klubunun rəsmi oyunlarında 643-cü oldu. Messi bir klubun heyətində vurduqları qol sayında Braziliyalı Pele ilə bərabərləşib. Pele Braziliyanın “Santos” komandasında eyni sayda qol vurdu.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.


Etiketlər:  Messi Pelenin rekordunu təkrarlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ