Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın qarın ziyan vurduğu rayonlarında yenidən güclü qar gözlənilir - FOTO

Yaponiyanın qarın ziyan vurduğu rayonlarında yenidən güclü qar gözlənilir - FOTO

Tarix: 20 Dekabr 2020 07:46

Yaponiyalı meteoroloqlar cari istirahət günlərində əsasən Hokuriku və Kant-Koşin regionlarının dağlıq rayonlarında yeni güclü qar yağmasını proqnozlaşdırırlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, soyuq hava kütlələri Niiqata və Qumma prefekturalarının dağlıq rayonlarına rekord miqdarda qar yağıntısı gətirib. Ərazidə baş verən qar fırtınası səbəbindən avtomagistrallarda təqribən 2 mindən çox nəqliyyat vasitəsi blokadaya düşüb.

Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, şənbə günü Tohoku və Hokuriku regionlarının dağlıq rayonlarına qar yağıntısı davam edib. Bazar günü qarın daha da güclənəcəyi gözlənilir.

Dekabrın 20-də səhərədək son 24 saatda Hokuriku regionuna, həmçinin Niiqata prefekturasına 100 santimetr, Kanto-Koşin regionuna 80 santimetr, Tohoku regionuna 60 santimetr, Hokkaydo prefekturasına isə 40 santimetr qar yağacağı gözlənilir.


Etiketlər:  Yaponiyanın qarın ziyan vurduğu rayonlarında yenidən güclü gözlənilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ