Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik - Türkiyə MN

Bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik - Türkiyə MN

Tarix: 20 Dekabr 2020 15:42

Bakı. Trend:

"Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir".

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib.

Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam edir: "Azərbaycan Ordusuna dəstək məqsədilə 135 personaldan ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 komanda (tim) və 64 personal isə təlim-tədrisə dəstək verməkdədir".

"Türkiyə olaraq, "İki dövlət, bir millət" anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik" deyə açıqlamada bildirilib.


Etiketlər:  Bundan sonra Azərbaycanın yanında olmağa davam edəcəyik Türkiyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ