Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 16:40
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 35 nəfər "COVID-19"dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 202 min 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 139 min 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 099 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 63 min 754 test aparılıb. Bugünkü test sayı isə 14 515-dir.