Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Qarabağdan daha 22 meyit yığdılar - 1020 oldu

Ermənilər Qarabağdan daha 22 meyit yığdılar - 1020 oldu

Tarix: 20 Dekabr 2020 17:33

Azərbaycanın Horadiz, Cəbrayıl və Zəngilanın Xanlıq kəndindən ermənilər daha 22 hərbçinin meyitini toplayıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Qarabağdakı qondarma qurumun təmsilçisi Unan Tadevosyan bu barədə 20 dekabrdakı açıqlamasında bildirib. Erməni separatçısı deyib ki, 13 noyabrdan bu günədək döyüş meydanından 1020 meyit toplayıblar. Ancaq Qarabağdakı döyüş meydanında axtarışlar davam etdirilir. Bildirilib ki, Şuşa rayonunun dağlıq ərazilərində, həmçinin Hadrut və Cəbrayılda növbəti axtarış işləri aparılacaq. Axtarış əməliyyatlarında itkin düşən hərbçilərin yaxınları, həmçinin Rusya sülhməramlıları iştirak edir.

Milli.Az


Etiketlər:  Ermənilər Qarabağdan daha meyit yığdılar 1020 oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ