Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litva Britaniya ilə hava əlaqələrinin dayandırılmasını müzakirə edir

Litva Britaniya ilə hava əlaqələrinin dayandırılmasını müzakirə edir

Tarix: 20 Dekabr 2020 19:08

Bakı. Trend:

Litva hökuməti ingilis səlahiyyətlilərinə görə həmişəkindən daha sürətli yayılan koronavirusun yeni növünə görə Britaniya ilə uçuşların dayandırılması ehtimalını müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə Litvanın nəqliyyat və kommunikasiya naziri Marius Skuodis bazar günü ölkənin milli radiosu efirində açıqlama verib.

"Baş nazir İnqrida Şimonite və komandası ilə bu çətin vəziyyətin öhdəsindən gəlməyə kömək edəcək ağlabatan tədbirləri müzakirə edirik", - nazir deyib.

Onun sözlərinə görə, Britaniya ilə avia uçuşların ləğvi də daxil olmaqla müxtəlif variantlar mümkündür. Alternativ kimi aeroportda bütün gələnlərin koronavirus testindən keçirilməsi ola bilməsi bildirilir.


Etiketlər:  Litva Britaniya ilə hava əlaqələrinin dayandırılmasını müzakirə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ